Türkiyədən idxal olunan silahlar Perunun mütəşəkkül cinayətkar qrupunun əlinə keçibbackend

Türkiyədən idxal olunan silahlar Perunun mütəşəkkül cinayətkar qrupunun əlinə keçib

Peruda silah qaçaqmalçılarına qarşı keçirilən əməliyyatda çoxlu silah ələ keçirilib. Bəzi silahların Türkiyədən gətirildiyi bildirilib.

KONKRET.az xəbər verir ki, Peruda polis əməkdaşları çərşənbə günü ölkə boyu onlarla evə basqın edib. Silah qaçaqmalçılığı və Ekvador prezidentliyinə namizədin qətli ilə bağlı 18 nəfərin həbs edildiyi bildirilib.

Perunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş Prokurorluğunun rəhbəri Xorxe Çaves xüsusi əməliyyatda təxminən 700 polisin iştirak etdiyini bildirib.

Çaves bildirib ki, Türkiyədən qanuni yollarla gətirilən silahlar sonradan cinayətkar dəstələrin, o cümlədən Ekvador prezidentliyinə namizəd Fernando Villavicencionun qətlinə görə məsuliyyət daşıyanların əlinə keçib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*