Türkiyədən narkotik gətirən qadınlara hökm oxundubackend

Türkiyədən narkotik gətirən qadınlara hökm oxundu

Türkiyədən qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik gətirməkdə təqsirləndirilən dəstənin rəhbəri İlahə Babayeva və dəstə üzvləri Nərminə Kərimova, Lalə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, hər üç təqsirləndirilən şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Babayeva İlahə Əziz qızına məxsus çamadan gömrük nəzarəti zamanı saxlanılıb.

Yoxlama zamanı çemodanın içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədilən qəhvə qutularının içindəki sellofan paketlərdən 1542 ədəd MDMA (metilendioksimetamfetamin), uşaq yeməyinin içinə yerləşdirilmiş bir bükümdə 320,105 qram narkotik vasitə – kokain, çay paketinin içinə yerləşdirilən sellofan paketdə isə təsiredici maddəsinin ümumi miqdarı 87,106 qram olan və dünyada ən təhlükəli narkotik vasitə hesab edilən MDMB-4en-PİNACA (Bonzay) maddəsi aşkar edilib.

Araşdırma zamanı qrupun digər üzvləri Məmmədova Lalə İlqar qızı və Kərimova Nərminə Çingiz qızının törədilmiş cinayətdə iştirakçı olmalarına dair əsaslı şübhələr müəyyən edilib.

Lalə Məmmədovanın yaşadığı ünvanda keçirilmiş axtarış zamanı 2 bükümdə, ümumi çəkisi, 8,512 qram psixotrop maddə-metamfetamin, 502 həb MDMA (metilendioksimetamfetamin), 8 bükümdə ümumi çəkisi 7,337 qram təşkil edən narkotik vasitə – kokain və 70 həb preqabalin, həmçinin elektron tərəzi, narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin qəbulunda istifadə edilən çoxlu sayda alətlər, həmin maddələrin alqı-satqısına dair yazıların olduğu qeydiyyat dəftərləri aşkar edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*