Türkiyədən qanunsuz yolla 1,2 milyon dollarlıq qızıl-zinət əşyaları gətirən şəxs SAXLANILDIbackend

Türkiyədən qanunsuz yolla 1,2 milyon dollarlıq qızıl-zinət əşyaları gətirən şəxs SAXLANILDI

Qazaxıstan vətəndaşı İstanbuldan qanunsuz olaraq 1,2 milyon dollar dəyərində qızıl-zinət əşyaları gətirib.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyi məlumat yayıb. Bildirilir ki, Astana hava limanında bir nəfər İstanbul-Astana reysi ilə qızıl-zinət əşyaları keçirmək istəyərkən saxlanılıb.

Qazaxıstan vətəndaşı qanunsuz olaraq 1,2 milyon ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını sərhəddən keçirməyə cəhd edib. Ümumi çəkisi 28 kq olan qızıl müsadirə edilib, qaçaqmalçı cəzalandırılıb.

“Mütəxəssislərin rəyinə görə, bəyan edilməmiş zinət əşyaları və saatların ümumi gömrük dəyəri 565 milyon tenge və ya təxminən 1,2 milyon dollar təşkil edib”, – məlumatda deyilir.

Vətəndaşın ümumi çəkisi 28 kq olan 7 mindən çox qızıl-zinət əşyası 565 milyon tenge dəyərində dövlət gəlirinə müsadirə olunub. O, 1,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*