Dekabrın 4-də Türkiyənin İstanbul şəhərindən ilk yük qatarı “Qədim İpək yolu” boyunca yola düşüb. Və iki həftə boyunca qatar iki qitəni, iki dənizi və beş ölkəni keçərək Çinin Sian şəhərinə gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu Twitter-də yazıb. O bildirib ki, bu, Avrasiya üçün əlamətdar hadisədir. Türkiyədən Çinə mal daşıyan ilk qatar təyinat nöqtəsinə çatıb. Çin İxracat Qatarı, Türkiyənin keçdiyi hər şəhərdən loqistik gücünü dünyaya elan edib. Bu, dəmir yolu nəqliyyatındakı böyük qələbəmizdir”.
Qeyd edək ki, qatar Çin metropoluna çatmaq üçün Türkiyə, Gürcüstan, Azərbaycan, Xəzər dənizi və Qazaxıstandan 8 693 kilometr məsafə qət edib. Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasına görə, qatar Transxəzər Yaxın Şərq-Qərb dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu boyunca irəliləyib. “Tarixi səyahət” Türkiyədən 2300 kilometrdən çox, Gürcüstan ərazisindən 220 kilometr, Azərbaycan ərazisindən 430 kilometr, Xəzər dənizindən 420 kilometr (gəmi ilə), müvafiq olaraq 3200 kilometr və Qazaxıstan və Çin ərazisindən 2100 kilometr keçib.
KONKRET.az