Türkiyəli prorektor Azərbaycanın döyüş gəmilərinə baxdı – FOTOLARbackend

Türkiyəli prorektor Azərbaycanın döyüş gəmilərinə baxdı – FOTOLAR

Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Talat Canbolatın rəhbərliyi ilə qardaş ölkənin MMU-nun Hərbi Hava və Hərbi Dəniz institutlarının rəhbər heyətləri, müəllimləri, “Qərargahın idarə olunması kursu”nun dinləyicilərinin ölkəmizə səfəri davam edir.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində qonaqlar Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində olublar.

Keçirilən görüşlərdə Türkiyə nümayəndə heyətinə Azərbaycan HHQ və HDQ-nin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib, brifinqlər təqdim olunub.

Plana uyğun olaraq, qonaqlar HHQ-nin “N” hərbi hissəsini ziyarət edib, həmçinin HDQ-nin dəniz əməliyyatları mərkəzinə və döyüş gəmilərinə baş çəkiblər.

Səfər zamanı qardaş ölkənin nümayəndə heyətini maraqlandıran bütün suallar cavablandırılıb.

Türkiyə nümayəndə heyəti Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində olub Türkiyə nümayəndə heyəti Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində olub Türkiyə nümayəndə heyəti Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində olub Türkiyə nümayəndə heyəti Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində olub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*