Türkiyənin ilk pilotsuz helikopteri ALPIN axtarış-xilasetmə missiyalarında, terrorla mübarizə və kəşfiyyat fəaliyyətlərində istifadə olunacaq.
KONKRET.az xəbər verir ki, ALPIN helikopteri Ankara şirkəti tərəfindən istehsal edilib. 6 min 500 metr yüksəkliyə çata bilən helikopter 9 saat havada qala bilir.
Türk mühəndisləri tərəfindən hazırlanmış helikopter xüsusilə riskli ərazilərdə insan həyatı təhlükə altına düşmədən 200 kiloqrama qədər lazımi yükləri çatdıracaq.
ALPİN-ə inteqrasiya olunmuş kameralarla kəşfiyyat və müşahidə aparılacaq.
Bildirilir ki, testləri tamamlanan ALPİN bu il TSQ-nin inventarına qatılacaq. Helikopterin xaricə satışı üçün artıq 10 ölkə ilə danışıqlar aparılır.
İqbal Rzayev,
KONKRET.az