Türkiyənin ilk reaktiv mühərrikli səsdən sürətli təlim təyyarəsi havadabackend

Türkiyənin ilk reaktiv mühərrikli səsdən sürətli təlim təyyarəsi havada

Türkiyənin ilk reaktiv mühərrikli səsdən sürətli təlim təyyarəsi HÜRJET 30 min fut yüksəklikdə 0,9 mach sürətə çatıb.

KONKRET.az xəbər verir ki, Türkiyənin Aerokosmik Sənayesi ( TAİ ) və Müdafiə Sənayesi Nazirliyinin koordinasiyasında Türkiyənin ilk reaktiv mühərrikli səsdən sürətli təyyarəsi HÜRJET-i xidmətə hazırlamaq üçün intensiv iş aparır.

TAI-nin baş direktoru Mehmet Dəmiroğlu sosial media hesabında etdiyi paylaşımda Türkiyənin ilk reaktiv mühərrikli səsdən sürətli təlim təyyarəsi HÜRJET-in tam sürətlə irəlilədiyini bildirib.

HÜRJET-in 79-cu sortisini uğurla həyata keçirdiyini açıqlayan Dəmiroğlu, təyyarənin 30 min fut yüksəklikdə 0,9 Mach sürətə çatdığını bildirdi.

Dəmiroğlu Türkiyə aviasiyasına güc qatmağa davam edəcəklərini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*