İrəvanda Ermənistan Televiziya və Radio Komissiyası (ATRC) tərəfindən təşkil edilən Avropa Tənzimləyici Orqanlar Platformasının iclası keçirilib.
KONKRET.az xəbər verir ki, tədbirdə Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK) üzvləri iştirak etdilər.
İclasda üzv təşkilatların nümayəndələri və daimi müşahidəçilər iştirak ediblər. Sessiya zamanı audiovizual media sektorundakı mövcud inkişaflar, eləcə də üzv təşkilatlar arasında əməkdaşlıq imkanları barədə məlumat mübadiləsi aparıldı.
