Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca növbəti dəfə peyvənd olunub.
KONKRET.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qardaş ölkənin naziri bu dəfə TURKOVAC vurdurub.
Qeyd edək ki, COVİD-19 pandemiyasına qarşı Türkiyənin hazırladığı yerli TURKOVAC peyvəndi sabahdan etibarən şəhər xəstəxanalarında əlçatan olacaq.