Türkiyənin Suriya planı: Ərdoğan nəyə hazırlaşır? backend

Türkiyənin Suriya planı: Ərdoğan nəyə hazırlaşır? 

“Türkiyə hazırda Suriya silahlı qüvvələrinə ölkənin müdafiəsini təkmilləşdirməyə kömək etmək üçün təlimlər keçir və onlara məsləhətlər verir. Ankaranın yaxın gələcəkdə qoşunlarını Suriyadan çıxarmaq və ya onların yerləşdirilməsini dəyişmək planı yoxdur”.

KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​Reuters agentliyinə yazılı müsahibəsində deyib.

Məlumata görə, hazırda Suriyada 20 mindən çox türk əsgəri yerləşdirilib. Gülərin sözlərinə görə, onların ölkədən çıxarılması və ya köçürülməsi imkanlarını müzakirə etmək “hələ tezdir”.

2024-cü ilin dekabrında prezident Bəşər Əsəd rejimi devrildikdən sonra Türkiyə Suriyanın yeni hakimiyyət orqanlarının əsas beynəlxalq müttəfiqinə çevrilib. Reuters qeyd edir ki, Suriyanın yeni hakimiyyət orqanlarının bəzi nümayəndələri bir neçə ildir ki, Ankaranın dəstəyindən istifadə edirlər.

Bu gün Ankara Suriyanın şimalında geniş ərazilərə nəzarət edir. Türkiyənin sərhədyanı əməliyyatlarından sonra orada onlarla türk hərbi bazası yaradılıb.

Vəziyyətə  ancaq o zaman yeni qiymət verilə bilər ki, Suriyada sülh və sabitlik əldə olunsun, regionda terror təhlükəsi tamamilə aradan qaldırılsın, sərhədlərimiz tam təmin edilsin”, – Türkiyənin müdafiə naziri bildirib.

Nəşrin vurğuladığı kimi, Türkiyə ABŞ və Aİ-nin Suriyaya qarşı sanksiyaların ləğvində əsas rol oynayıb. Ankara həmçinin müharibədən sonra ölkənin bərpasına kömək edəcəyini və milyonlarla suriyalı qaçqının vətənlərinə qayıtmasını asanlaşdıracağını vəd edib.

“Türkiyənin Suriyada əsas prioriteti ərazi bütövlüyünü və birliyini qorumaq, eləcə də onu terrordan təmizləməkdir”, – deyən Gülər ​​Ankaranın bu yolda Dəməşqi dəstəklədiyini bildirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*