“Terror təşkilatları daha Van əhalisinin təhlükəsizliyinə və rahatlığına təhdid olmayacaq”.
KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vanda çıxışı zamanı deyib.
O, Vanın artıq terrorçulardan təmizləndiyini söyləyib:
“Terrorçuların başını nəinki daxildə, həm də sərhədlərimizin xaricində əzirik. Dövlətinizə və bizə güvənin. Artıq dünya Vana qibtə edir. Əlbəttə, bu, öz-özünə olmadı”.