“Twitter” Roqozinin hesabını blokladı – FOTObackend

Twitter” Roqozinin hesabını blokladı - FOTO

“Twitter” Ukrayna ilə bağlı paylaşıma görə  Rusiyanın “Roskosmos” dövlət korporasiyasının rəhbəri Dmitri Roqozinin hesabını bloklayıb.

KONKRET.az xəbər verir ki, o, sosial şəbəkə hesabında Ukraynanın Rusiya xalqına, tarixinə, dilinə və sivilizasiyasına ekzistensial təhlükə yaratdığını deyərək, onları məhv etməyə çağırmışdı.

Platforma administratorları hesabın kilidini açmaq üçün tvitin silinməsini tələb edirlər.

“Mesajımı səhv hesab etmirəm. Bunu tamamilə düzgün hesab edirəm. “Sil” düyməsini basmayacağam”, – deyə Roqozin bildirib.

Qeyd edək ki, “Twitter” səhmlərinin doqquz faizinə sahib olan milyarder İlon Maskla Roqozin arasında mübahisə yaşanmışdı. Belə ki, “Roskosmos” rəhbəri amerikalı sahibkarı Ukrayna qüvvələrini hərbi rabitə ilə təmin etdiyinə görə hədələmişdi milyarder “Starlink” peykləri vasitəsilə Ukrayna silahlı qüvvələrini pulsuz internetlə təmin edir). İlon Mask isə bu təhdidlərə istehzalı cavab verib.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*