Üç gün əvvəl itkin düşən keçmiş hərbçinin meyiti zibillikdə tapıldıbackend

Üç gün əvvəl itkin düşən keçmiş hərbçinin meyiti zibillikdə tapıldı

Bakıda 3 gün əvvəl itkin düşən 62 yaşlı Kutais Şəkər oğlu Xəlilov ölü vəziyyətdə tapılıb.

KONKRET.az bakıvaxtı.az-a istinadla xəbər verir ki, o, 21 noyabr 2025-ci il tarixində səhər saat 10 radələrində yaşadığı evdən çıxmış və bir daha geri qayıtmamışdı. Onun Suraxanı, Xətai, NZS, Neftçilər və “Sovetski” adlanan ərazilərdə görüldüyü bildirilmişdi.

Ailə üzvlərinin verdiyi məlumata əsasən, itkin düşmüş şəxs bu gün Xətai rayonunun Əmircan qəsəbəsi ərazisində, zibillikdə ölü halda aşkarlanıb.

Qeyd edək ki, K.Xəlilov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub və uzun müddət hərbçi kimi xidmət edib. O, son olaraq Suraxanı Su Kanal İdarəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*