Ucarda minik maşını yandıbackend

Ucarda minik maşını yandı

Ucarda minik avtomobili yanıb.

KONKRET.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonunun Alpout kəndində baş verib.

Kənd sakini, 1990-cı il təvəllüdlü Elvin Ələmdar oğlu Cabbarova məxsus 99 CL 447 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını dayanıqlı halda anidən alovlanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvə cəlb olunub.

Yanğın söndürülüb, xəsarət alan olmayıb.

İlkin ehtimala görə, hadisəyə minik maşınında baş verən qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır./APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*