Ucarda qəza – Ölən varbackend

Ucarda qəza - Ölən var

Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ 2106” markalı minik maşını yolu keçən piyada, Qazyan kənd sakini Cəbrayil Mürsəl oğlu Mürsəlovu vurub. Ağır xəsarət alan C.Mürsəlov hadisə yerində ölüb.

Fakt araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*