Ucarda qəza – Yaralılar varbackend

Ucarda qəza - Yaralılar var

Ucarda idarəetmədən çıxan maşın beton maneələrə çırpılaraq aşıb, yaralananlar var.

KONKRET.az-ın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının rayonun Qaradağlı kəndi istiqamətində baş verib.

Qazax istiqamətində hərəkətdə olan “Hundai” markalı minik maşını idarəetmədən çıxaraq beton maneələrə çırpılıb.

Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan 1992-ci il təvəllüdlü rayon sakini Ağayev Əli Şahvələd oğlu və 1979-cu il təvəllüdlü Əhmədov Yusif Abdullah oğlu xəstəxanaya çatdırılıb.

Sonuncu yaralının durumu daha ciddi olduğundan paytaxt klinikalarından birinə köçürülməsi qərara alınıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*