Ucarda yol qəzası- Beş kənd işıqsız qaldı + FOTObackend

Ucarda yol qəzası- Beş kənd işıqsız qaldı + FOTO

Bakı-Qazax magistral yolunda qəza baş verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında, yolun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Xaliq Qulam oğlu Qulamovun idarə etdiyi “Nissan” markalı minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə beton arakəsməyə çırpılıb. Daha sonra yol kənarındakı KRN-10 tipli vakuum açarına dəyərək onu aşırıb.

Hadisə zamanı xəsarət alan olmasa da, rayonun Qarabörk, Qulabənd, Küçəkənd, Alpı və Ənvər Məmmədxanlı kəndlərinə elektrik enerjisinin verilişi dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*