UEFA Merih Demiralı cəzalandırıb? – YENİLƏNİBbackend

UEFA Merih Demiralı cəzalandırıb? - YENİLƏNİB

UEFA Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən Türkiyə – Avstriya matçında qol vurduqdan sonra “bozqurd” işarəsi göstərən Merih Demiralı cəzalandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, qitənin ali futbol qurumu müdafiəçiyə iki oyunluq cəza verib. Bu da o deməkdir ki, Demiral 1/4 final mərhələsində Niderlanda qarşı oynaya bilməyəcək.

Qeyd edək ki, UEFA-nın sözügedən işarə ilə bağlı araşdırma başlatması Türkiyə tərəfindən etirazla qarşılanmışdı.

Onu da əlavə edək ki, Merih Demiral həmin qarşılaşmada dubl etmişdi.

***

Məsələ ilə bağlı Türkiyə Futbol Federasiyası da açıqlama yayıb. Açıqlamada Almaniyanın “Bild” nəşrinin yaydığı xəbər təkzib olunub. Bildirilib ki, UEFA tərəfindən Merih Demiralla bağlı başladılan araşdırma davam edir.

Qeyd olunub ki, futbolçunun müdafiəsi üçün sabaha qədər müddət var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*