Bakıda yaşlı kişi amansızcasına döyülüb.
KONKRET.az xəbər verir ki, hadisə iyulun 7-də gecə saat 01:30-da Nəsimi rayonu, Mövsüm Sənani, 106 ünvanında baş verib.
Qonşuların çəkdiyini videogörüntülərdən aydın olur ki, 3-4 nəfər yaşlı kişi ilə mübahisə edir. Daha sonra onlar yaşlı kişini amansızlıqla döyməyə başlayırlar.
Qonşulardan biri müdaxilə etməyə çalışsa da, tərəfləri sakitləşdirməyə nail ola bilmir.
Əraziyə polis əməkdaşları cəlb olunublar.