Ali Rada İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqini təsdiqləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna xalq deputatı Aleksey Qonçarenko xəbər verib.
Sanksiyaların tətbiqinə əsas səbəb İranın Rusiyanı Ukrayna şəhərlərini atəşə tutmaq üçün pilotsuz təyyarələr və silahlarla təmin etdiyinə görədir.
İslam dövlətinə qarşı sanksiyaların tətbiqini 328 parlamentari dəstəkləyib.
Qeyd edək ki, həftə sonu Ukrayna prezidenti Vladimir Zelenski Radaya İrana qarşı yarım əsr ərzində sanksiyaların tətbiqinə dair qətnamə layihəsi təqdim edib. Qeyd olunub ki, məhdudiyyətlərin tətbiqi ilə bağlı qərar Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən dəstəklənib.
Natiq Səlim,
KONKRET.az