Ukrayna Belarusla sərhəddə 120 min qoşun topladı – Minskbackend

Ukrayna Belarusla sərhəddə 120 min qoşun topladı - Minsk

Ukraynanın  120 min nəfər olan “Şimal” əməliyyat komandanlığının bir qrupu Belarus istiqamətində cəmləşib. Onlardan 17 mini Belarusla dövlət sərhədinin mühafizəsinin gücləndirilməsində iştirak edir.

KONKRET.az xəbər verir ki, bunu Dövlət Sərhəd Komitəsinin sədri Konstantin Molostov deyib.

Onun sözlərinə görə, Belarus sərhədçiləri Ukrayna istiqamətində dövlət sərhədinin təhlükəsizliyinin qorunmasında adekvat tədbirlər görür.

“Dövlət sərhədində bir sıra təxribat xarakterli hərəkətlər davam edir. Bu, Ukrayna himninin səsləndirilməsi, sərhəd nişanlarına, o cümlədən bizim bayraqlara zərər vurmağa cəhd, yayım avadanlıqları və s. Təxribat əsasən pilotsuz uçuş aparatları ilə həyata keçirirlir ki, biz bununla da təbii ki, mübarizə aparırıq”, – deyə Molostov bildirib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*