Ukrayna qüvvələri Krımdakı Saki aerodromuna PUA zərbələri endirib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Aerodromun ərazisinə endirilən zərbə nəticəsində aviasiya silahları anbarı vurulub. Su-30 SM təyyarəsi tamamilə məhv edilib, digəri isə zədələnib. Üç Su-24 təyyarəsi də məhv edilib”, – məlumatda qeyd olunub.