Ukrayna bu ölkədəki səfirliyini bağlayırbackend

Ukrayna bu ölkədəki səfirliyini bağlayır

Ukrayna Kubadakı səfirliyini bağlayır və ölkə ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salır.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“Bu il Havanadakı səfirliyimizi bağlamaq və diplomatik münasibətlərimizin səviyyəsini aşağı salmaq qərarına gəldik”, – deyə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

Diplomat həmçinin qeyd edib ki, Ukrayna ABŞ-nin Kubaya qarşı embarqosuna son qoymasını tələb edən BMT Baş Assambleyasının qətnaməsinə qarşı səs verib.

Ukrayna Xarici İşlər Nazirliyi Kuba ilə Rusiya Federasiyası arasındakı yaxın münasibətləri nəzərə alaraq bu addımın qəfil atılmadığını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*