Ukrayna Çasov Yarın ələ keçirilməsi ilə bağlı Putinin iddialarını təkzib etdibackend

Ukrayna Çasov Yarın ələ keçirilməsi ilə bağlı Putinin iddialarını təkzib etdi

KONKRET.az xəbər verir ki, Ukrayna tərəfi Rusiya Müdafiə Nazirliyinin və Vladimir Putinin Çasov Yar şəhərinin tam nəzarətə götürülməsi ilə bağlı açıqlamalarını dezinformasiya adlandırıb.

Bu barədə “Xortıtsya” operativ-strateji qoşun qruplaşmasının nümayəndəsi Viktor Trequbov RBK-Ukraynaya açıqlamasında bildirib ki, şəhərdəki cəbhə xətti aylardır demək olar ki, dəyişmir.

“Bəli, ruslar şəhərin bir hissəsini nəzarətdə saxlayır, amma bu, yeni hal deyil. Eyni zamanda şəhərin digər hissəsi Ukrayna qüvvələrinin nəzarətindədir və orada davamlı döyüşlər gedir,” – deyə Trequbov vurğulayıb.

Qeyd edək ki, bir qədər əvvəl Rusiya prezidenti Vladimir Putin Çasov Yarın ələ keçirildiyini bəyan etmiş və Ukrayna rəhbərliyinin guya “cəbhədəki real vəziyyətdən xəbərsiz olduğunu” iddia etmişdi.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*