Kiyevin Peçersk məhkəməsi Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko barəsində həbs-qətimkan tədbiri seçib.
KONKRET.az xəbər verir ki, bu barədə jurnalist Konstantin Andriyuk bildirib.
Onun sözlərinə görə, UAF rəhbəri yanvarın 22-dək həbsdə qalacaq.
Pavelko 9 milyon 880 min qrivna (təxminən, 270 min ABŞ dolları) məbləğində girov müqabilində azad oluna bilər.
Qeyd olunub ki, Pavelko vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.