Ukrayna Avropa və ABŞ tərəfdaşları ilə birlikdə yeni diplomatik addımlara hazırlaşır. Rəsmi şəxslərin bildirdiyinə görə, dialoqun mənalı olması üçün müvafiq tərəflərlə demək olar ki, gündəlik əlaqə saxlanılır.
KONKRET.az xəbər verir ki, Hazırda isə Rusiyanın İstanbula nə gətirəcəyi barədə aydın məlumat yoxdur. “Bizdə yoxdur, Türkiyədə yoxdur, ABŞ-da yoxdur, digər tərəfdaşlarda da yoxdur”, – deyə Ukrayna nümayəndəsi bildirib.
Məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə olunub. Dünya ictimaiyyəti kimi Türkiyə də effektiv diplomatiya və həqiqi atəşkəsin olmasını istəyir. Ukrayna tərəfi Rusiyanın diplomatik oyunları dayandırıb ciddi sülhə razılaşmasının vacibliyini qeyd edir.
Ukrayna artıq danışıqlar üçün öz gündəliyini təqdim edib və ABŞ-ın sanksiyalar məsələsində qətiyyətli addımlar atmasını, bunun isə sülhə yaxınlaşmaqda mühüm rol oynayacağını ümid edir.
Natiq Səlim,
KONKRET.az