Ukrayna kəşfiyyatının hakerləri kritik məlumatları ələ keçirildibackend

Ukrayna kəşfiyyatının hakerləri kritik məlumatları ələ keçirildi

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) hakerləri Rusiyanın strateji aviasiya istehsalçısı olan “Tupolev” konstruksiya bürosunun onlayn resurslarına uğurlu kiberhücum həyata keçirib.

KONKRET.az xəbər verir ki, “RBK-Ukrayna”nın məlumatına görə, əməliyyat nəticəsində ukraynalı kiberkəşfiyyatçılar “Tupolev”in strateji bombardmançı təyyarələrinin istehsalı ilə bağlı kritik məlumatlara çıxış əldə ediblər. Əldə olunan məlumatların detalları açıqlanmasa da, onların Rusiya üçün strateji əhəmiyyət daşıdığı vurğulanır.

Simvolik mesaj olaraq, hakerlər “Tupolev”in rəsmi saytına müdaxilə edərək əsas səhifəyə bir bayquşun pəncəsində Rusiya təyyarəsini tutduğu təsviri yerləşdiriblər.

Ukrayna tərəfi bu əməliyyatı Rusiya hərbi sənaye kompleksinə qarşı növbəti uğurlu informasiya müharibəsi addımı kimi dəyərləndirir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*