Ukrayna Krımı qaytarmaq üçün plan hazırlayıb – DETALLAR AÇIQLANMIRbackend

Ukrayna Krımı qaytarmaq üçün plan hazırlayıb - DETALLAR AÇIQLANMIR

Ukrayna Müdafiə Qüvvələri Krımın qaytarılması və Krım körpüsünün dağıdılması planını hazırlayıb.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib.

Onun sözlərinə görə, yarımada Rusiya üçün hərbi logistika və təchizat baxımından strateji əhəmiyyət kəsb edir, çünki Rusiya ordusu yarımadadan hərbi baza kimi istifadə edir.

“Biz hamımız saata baxıb demək istərdik ki, Krım körpüsü daha 15 dəqiqə yaşayacaq”, – deyə Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Yusov vurğulayıb ki, Ukrayna Müdafiə Qüvvələrinin Krıma nəzarəti bərpa etmək və yarımadanı Rusiya Federasiyası ərazisi ilə birləşdirən Krım körpüsünü dağıtmaq planı var.
Eyni zamanda, o, qeyd edib ki, əməliyyatların səmərəliliyinə mane olmamaq üçün əvvəlki hallarda olduğu kimi detallar açıqlanmayacaq.

 

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*