Ukrayna Kursk vilayəti ilə sərhəddə yerləşən ƏHALİNİ TƏXLİYYƏ EDİRbackend

Ukrayna Kursk vilayəti ilə sərhəddə yerləşən ƏHALİNİ TƏXLİYYƏ EDİR

Sumı vilayətində 183 yaşayış məntəqəsi Rusiya tərəfindən davamlı atəşə tutulduğu üçün boşaldılır.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko bildirib.

O vurğulayıb ki, Kursk vilayətindəki bufer zonası Ukraynanın sərhədyanı icmalarını Rusiyanın atəşindən qorumaq üçün nəzərdə tutulub.

“Təkcə yayda ruslar Sumi vilayətinin ərazisinə 2 mindən çox zərbə endiriblər. Rayonun 15 ərazisinin 183 yaşayış məntəqəsindən əhali prioritet olaraq təxliyə edilir. Artıq 20 mindən çox insan, o cümlədən 2,5 min uşaq çıxarılıb”, – Klimenko qeyd edib.

Rəsmiyyə Şərifova

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*