Ukrayna ilə Rusiya arasında davam edən münaqişə fonunda İstanbulda keçirilən son danışıqlar zamanı Moskvanın irəli sürdüyü yeni şərtlər Kiyev tərəfindən rədd edilib.
KONKRET.az xəbər verir ki, Ukraynanın diplomatik mənbələrindən bildirilib ki, Rusiya nümayəndə heyətinin təqdim etdiyi tələblər daha öncəki razılaşmalardan kəskin şəkildə fərqlənir və danışıqların əvvəlki çərçivəsini aşır. Ukrayna tərəfi bu şərtləri qeyri-real və qəbuledilməz hesab edir.
“Rusiya tərəfindən irəli sürülən təkliflər nə hüquqi baxımdan əsaslıdır, nə də mövcud reallığı əks etdirir. Bu, danışıqların konstruktivliyini şübhə altına alır”, – deyə Ukraynanın rəsmi dairələrindən bildirilib.
Ukrayna tərəfi, danışıqların davam etdirilməsində maraqlı olduqlarını, lakin şərtlərin beynəlxalq hüquq və qarşılıqlı hörmət prinsipləri əsasında müəyyən edilməsinin vacibliyini vurğulayıb.
Natiq Səlim
KONKRET.az