Ukrayna müharibəsi ilə bağlı yeni ssenari ortaya çıxdı: Zelenski çalışır ki, ordunu qorusun, Putin isə…backend

Ukrayna müharibəsi ilə bağlı yeni ssenari ortaya çıxdı: Zelenski çalışır ki, ordunu qorusun, Putin isə...

“Qulyapolyedən geri çəkilmə Ukrayna ordusunun artıq daha rasional, itki minimallaşdıran modelə keçdiyini göstərir və bu yanaşma yaxın aylarda cəbhənin dinamikasını ciddi şəkildə formalaşdıracaq. Bu addım Kiyevin canlı qüvvəni qorumağı prioritetləşdirdiyini, mövqelərin isə artıq “simvolik” yox, “operativ” dəyərə görə qiymətləndirildiyini göstərir. Bu tip manevr komandirlərə daha dərin müdafiə xətti qurmaq imkanı verir və bəzi yerlərdə görünən taktiki geri addım əslində strateji sabitliyi möhkəmləndirir. Rusiya isə bu boşluğu psixoloji üstünlüyə çevirməyə çalışacaq, amma real döyüş mühitində belə uğurlar bəzən temp yaratmır, əksinə qüvvələrin daha geniş sahəyə səpələnməsinə səbəb olur”.

Bu fikirləri politoloq Tural İsmayılov KONKRET.az-a açıqlamasında səsləndirib:

Tural İsmayılov: “İnsanlıq adına pozitiv nəticələrin olmayacağını  düşünürəm” | KONKRET

“Ukraynanın bu qərarı fonunda əməliyyat elastikliyi artır; ordu daha manevrli, daha çevik planlama imkanı əldə edir və bu da lokal əks-hücum pəncərələrinin yaranmasına şərait yarada bilər. Bunun fonunda Qərb dəstəyinin tempi həlledici qalır, çünki silah-sursat axını davam edərsə, yeni mövqelərin müdafiəsi daha səmərəli təşkil olunacaq. Qışın ağırlaşması həm Rusiya, həm də Ukrayna üçün artilleriya və dron əməliyyatlarını çətinləşdirəcək, beləliklə cəbhə daha çox mövqe mübarizəsinə çevriləcək. Rusiya müəyyən istiqamətlərdə hücum tempini yüksəltməyə çalışsa da, canlı qüvvə və logistika limitləri artıq görünür və bu limitlər yaxın aylarda tempin azalmasına gətirib çıxara bilər”.

Politoloq qeyd edir ki, geri çəkilmənin kommunikasiya fonu da maraqlıdır.

“Ukrayna bu dəfə məlumat axınını çox kontrollu aparır, çünki cəmiyyətin psixoloji davamlılığı döyüş qabiliyyətinin bir hissəsidir. Eyni zamanda bu hadisə göstərir ki, Ukrayna komandanlığı artıq klassik “hər metr uğrunda döyüş” modelindən uzaqlaşır, daha çox resurs qoruyan və uzunmüddətli döyüş davamlılığı yaradan strategiyaya keçir. Əslində Qulyapolye epizodu cəbhədə böyük strateji dönüş yaratmır, amma sonrakı mərhələdə güc balansını müəyyən edəcək mühüm siqnallardan biridir. Burada əsas xətt belədir: Ukrayna bu müharibəni resurs döyüşü kimi oxuyur və cəbhə xəttini deyil, ordunu qorumağın daha həlledici olduğunun fərqindədir. Bu da yaxın aylarda döyüşlərin ritmini, intensivliyini və coğrafiyasını birbaşa formalaşdıracaq”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*