Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatı üç yoldan biri ilə davam edə bilər.
KONKRET.az xəbər verir ki, bunu Britaniya Müdafiə Qərargahının keçmiş rəis müavini, general Saymon Mayall Sky News-a müsahibəsində deyib.
“Ukrayna Silahlı Qüvvələri hücumu davam etdirsə, bu, Rusiyanın müdafiəsini, o cümlədən Ukraynadakı qoşunlarına maddi-texniki dəstəyi həqiqətən sarsıdacaq.
Ukraynalılar orada oturub rusların diqqətini cəbhə xəttindən yayındıra bilərlər, ancaq bu, ukraynalılara əks nəticə verə bilər, çünki bu bölgəyə kifayət qədər çoxlu xarici texnika gətiriblər. Deməli Donbassda baş verənlərə real təsir göstərə bilməyəcəklər”, deyə britaniyalı general qeyd edib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya müdaxiləsi Qərbə “Biz bu müharibədə boş oturmuruq” mesajıdır:
“Nəticədə Ukrayna ordusunun məqsədi manevr etmək, hücuma keçmək və rusları təəccüb içində qoymaqdır. Rəsmi Kiyev onlara verilən silahlardan istifadə edərək dinamikanı dəyişməyə çalışacaq”.
İlkanə Şəvəqqət,
KONKRET.az