Avqustun 21-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin bölmələri Müdafiə Qüvvələrinin digər komponentləri ilə koordinasiyalı şəkildə Rostov vilayətinin Novoşaxtinsk kəndi yaxınlığında S-300 zenit-raket kompleksinin mövqeyinə zərbələr endirib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
Obyektiv monitorinqin nəticələrinə əsasən, hədəf nöqtələrində partlayışlar qeydə alınıb.
Hazırda hücumun dəqiqliyi araşdırılır.
Xatırladaq ki, S-300 hava hücumundan müdafiə sistemi Sovet və Rusiya istehsalı olan zenit-raket kompleksidir və dünyanın bir çox ölkəsi tərəfindən geniş istifadə olunur.
Natiq Səlim,
KONKRET.az