Ukrayna ordusunun 3-cü hücum briqadası Xarkov vilayətində hücuma başladığını elan edib.
KONKRET.az xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.
“Əks-hücum nəticəsində briqada işğalçıların müdafiə sahəsini, taqımını və dayaq məntəqələrini ələ keçirib, demək olar ki, 2 km dərinlikdə cəbhəyə doğru irəliləyib”, deyə mənbə qeyd edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az