Ukrayna ordusunda 8 min əcnəbi döyüşçü – Cənubi Amerikadan axın varbackend

Ukrayna ordusunda 8 min əcnəbi döyüşçü – Cənubi Amerikadan axın var

Ukrayna ordusunda 72 ölkədən gələn könüllülər xidmət edir. Onlardan 40%-i Cənubi amerikalıdır

KONKRET.az xəbər verir ki, bu barədə Hromadske nəşri Ukrayna Silahlı Qüvvələrində əcnəbilərlə xidmətin koordinasiyası üzrə şöbənin müvəqqəti rəisi Konstantin Milevskinin sözlərinə istinadla məlumat yayıb.

Milevskinin sözlərinə görə, əcnəbi döyüşçülərin sayı durmadan artır. Əgər müharibənin əvvəlində ayda 100–150 xarici könüllü Ukrayna ordusuna qoşulurdusa, hazırda bu rəqəm aylıq 600 nəfərə çatıb.

Ümumilikdə, təkcə Ukrayna Quru Qoşunlarında 8 mindən çox xarici könüllü xidmət edir və onların təxminən 40%-i Cənubi Amerikadandır.

Natiq Səlim, 
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*