Ukrayna ilk dəfə yeni “Palyanıtsya” dron raketindən istifadə edib. Bu, Ukrayna istehsalı olan silahdır.
KONKRET.az xəbər verir ki, bu barədə prezident Volodimir Zelenski Müstəqillik Gününə həsr olunmuş tədbirdə bildirib.
“Məhz bu gün bizim yeni silahımızdan ilk dəfə istifadə etdik. Bu, – Ukraynanın yeni pilotsuz raketidir və təcavüzkara qarşı yeni cavab metodumuzdur. Rusiyanın buna müqavimət göstərəcəyi çox çətindir”, – prezident əlavə edib.
Aysu İbrahimova
KONKRET.az