Rusiya ordusunun Xarkov vilayətinə hücum edən polkovnik komandiri Aleksey Lebedev Ukrayna tərəfindən məhv edilib.
KONKRET.az xəbər verir ki, Ukrayna Müdafiə Qüvvələri Rusiya ordusunun 69-cu motoatıcı diviziyasının 83-cü motoatıcı polkunun komandiri Aleksey Lebedevi zərərsizləşdirib.
O, Xarkov vilayətinə hücum əməliyyatlarında iştirak edirdi.
Bu barədə “Xortitsa” əməliyyat-strateji qrupunun açıqlamasında bildirilir.
Natiq Səlim,
KONKRET.az