Ukrayna Qolodomor qurbanlarının anım gününü qeyd edir – FOTObackend

Ukrayna Qolodomor qurbanlarının anım gününü qeyd edir - FOTO

27 noyabr Ukraynada Qolodomor qurbanlarının xatirə günü kimi qeyd edilir.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski və birinci xanım Qolodomor qurbanlarının xatirəsini anma tədbirində iştirak ediblər.

V.Zelenski 1932-1933-cü illərdə Qolodomor qurbanlarının xatirəsini ehtiramla yad edib.

Ukrayna lideri bildirib ki, Qolodomor Muzeyinin ikinci mərhələsi faciənin 90-cı ildönümünə qədər tikilməlidir.

Qeyd edək ki, Qolodomor qurbanlarının xatirə günü rəsmi olaraq 1998-ci ildən qeyd edilir.

Qolodomor hadisəsi 1932-ci ilin aprelindən 1933-cü ilin noyabrına qədər davam edib. Tədqiqatçılar, azı 3 milyon uşaq da daxil olmaqla 7 milyondan çox ukraynalının dünya tarixində tayı bərabəri olmayan insanlığa qarşı bu cinayətin qurbanı olduqlarını iddia edirlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*