Ukrayna robot texnologiyalarına sərmayə yatırırbackend

Ukrayna robot texnologiyalarına sərmayə yatırır

Ukraynanın xarici işlər naziri Andrey Sibiga Xarici İşlər Nazirliyi ilə UNITED24 platformasının birgə təşəbbüsü çərçivəsində döyüş sahəsində istifadə olunan yerüstü robotlaşdırılmış platformalar üçün vəsait toplanmasına başlandığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu texnologiyalar xüsusi təhlükəli və çətin keçilən bölgələrdə insanların birbaşa iştirakı olmadan tapşırıqların yerinə yetirilməsinə imkan verir. Belə sistemlərin tətbiqi əməliyyatların səmərəliliyini artırmaqla yanaşı, hərbçilərin düşmən dronları və artilleriya atəşlərindən qorunmasına da şərait yaradır.

“Ukrayna diplomatiyası hər gün müdafiəmiz üçün çalışır. Biz hava hücumundan müdafiə sistemləri, texnika, sursat və müdafiə sənayemizə sərmayələrlə bağlı tərəfdaşlarımızla sistemli şəkildə razılaşmalara nail oluruq. Müdafiə texnologiyalarının, xüsusilə də yerüstü robotlaşdırılmış sistemlərin dəstəklənməsi həyatların qorunması üçün unikal innovasiyaların genişlənməsinə xidmət edəcək. Diplomatiya ordumuzu dəstəkləyir və bu kampaniya birbaşa müdafiə qabiliyyətimizin gücləndirilməsinə yönəlib,” – deyə Andrey Sibiga bildirib.

Toplanan vəsait Targan 300, Volya-E, TerMIT, Ardal 920, Ratel H, Zmey, Bro-1409, Thor 1000/800Teslya kimi müxtəlif robotlaşdırılmış kompleks modellərinin alınmasına sərf olunacaq.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*