Ukrayna və Rusiya “115-dən 115-ə” formatında əsir mübadiləsi həyata keçirib.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb.
“Rusiya Kursk vilayətində əsir götürülən 115 hərbi qulluqçusunu Ukraynadan geri qaytarıb və bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 115 əsiri təhvil verilib. Mübadilədən sonra bütün Rusiya hərbçiləri Belarusdadırlar və orada qohumları ilə əlaqə saxlayacaqlar”, – Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az