Ukrayna Rusiya neft emalı zavodunun yarısını sıradan çıxardıbackend

Ukrayna Rusiya neft emalı zavodunun yarısını sıradan çıxardı

Bazar ertəsi Rusiyanın ən böyük Omsk neft emalı zavodunda baş verən partlayış zavodun gücünün demək olar ki, yarısını sıradan çıxarıb.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Reuters vəziyyətlə tanış olan mənbəyə istinadən yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, hadisə nəticəsində zavodda ən məhsuldar olan AVT-11 ilkin neft emalı qurğusu sıradan çıxıb və dayanıb. Zavodun mətbuat xidməti müəssisənin “normal” iş rejimində işlədiyini, avadanlıqdakı yanğının tamamilə qarşısının alındığını bildirib.

“Müəssisənin əlavə emal gücü hesabına hadisə istehsal proqramına təsir etməyəcək”, – mətbuat xidməti vurğulayıb.

Zavodda baş verən partlayış və yanğın nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

“Rosstat”ın məlumatına görə, yanvar-may aylarında Rusiyada benzin istehsalı, dekabrın sonundakı səviyyələrlə müqayisədə 20%, dizel yanacağı isə 11% azalıb.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*