Ukrayna Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edəcək – BU TARİXDƏNbackend

Ukrayna Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edəcək – BU TARİXDƏN

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə vizasız rejimi ləğv etmək planlarını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

“Dövlətimizin milli təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə misli görünməmiş təhdidlərə qarşı mübarizə çərçivəsində Nazirlər Kabinetinə Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişinə yenidən baxılması məsələsini işləyib hazırlamağı təklif etdim”, – deyə Zelenski bildirib.

Gözlənilir ki, cümə günü Ukrayna Nazirlər Kabineti Ukrayna hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında Ukrayna və Rusiya Federasiyası vətəndaşları üçün vizasız gediş-gəliş haqqında sazişə, Ukrayna və Rusiya Federasiyası arasında müqavilələrə xitam verilməsi və bəzi beynəlxalq hüquq normalarının tətbiqi barədə qərar qəbul edəcək..

Ukrayna mətbuatı xəbər verir ki, Rusiya vətəndaşları üçün viza rejimi iyulun 1-dən tətbiq olunacaq.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*