Ukrayna Rusiyanın “Buk-M3”nü BELƏ MƏHV ETDİ – VİDEObackend

Ukrayna Rusiyanın “Buk-M3”nü BELƏ MƏHV ETDİ - VİDEO

Müdafiə Qüvvələrinin “Xortıtsya” əməliyyat-strateji qruplaşmasının məsuliyyət zonasındakı əsas istiqamətlərdən birində Rusiyanın müasir zenit-raket kompleksi «Buk-M3» məhv edilib.

KONKRET.az xəbər verir ki, məlumata görə, bu uğurlu zərbə “Qara meşə” artilleriya kəşfiyyat briqadasının peşəkar fəaliyyəti sayəsində mümkün olub.

Kəşfiyyatçılar «Buk-M3» sistemini atəşə hazır vəziyyətdə aşkarlayaraq, koordinatları artilleriyaya ötürüblər. Nəticədə, döyüş sursatı ilə birlikdə bu strateji əhəmiyyətli hava hücumundan müdafiə kompleksi məhv edilib.

Qeyd edək ki, «Buk-M3» Rusiyanın ən müasir ZRK-larındandır və hava, quru, hətta suüstü hədəflərə qarşı istifadə olunur. Onun hədəf tutma radiusu 70 km-ə qədər çatır. Bu sistemin təxmini dəyəri isə 45 milyon ABŞ dolları civarındadır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*