Ukrayna Rusiyanın nadir təyyarəsini məhv etdibackend

Ukrayna Rusiyanın nadir təyyarəsini məhv etdi

Noyabrın 25-də Ukrayna ordusu Rostov vilayətinin Taqanroq şəhərindəki “Beriyev” aviasiya zavoduna PUA zərbələri endirib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, zavod amfibiya təyyarələrinin və xüsusi təyinatlı aviasiya sistemlərinin istehsalı, modernləşdirilməsi və təmiri üzrə ixtisaslaşıb.

Zərbələr nəticəsində zavodun ərazisində Rusiyanın lazer silahlarına malik hava laboratoriyası hesab olunan A-60 1A2 təyyarəsi məhv edilib.

“Defence Express” nəşri yazır ki, təyyarə hələ 1990-cı illərdə İl-76MD-nin bazası əsasında yaradılıb.

“Təyyarə radar yerləşdirilmiş fərqli uzunsov buruna və peykləri kor edə, aerostatları və hətta hava hədəflərini vura bilən 1 meqavatlıq lazerə malik idi.

2009-cu ildə Rusiya Yaponiyanın 1500 km yüksəklikdə hərəkət edən AJİSAİ peykinə qarşı lazer şüası ilə təcrübə aparmışdı”, – nəşr bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*