Ukrayna Rusiyaya bu raketlərlə zərbə endirdibackend

Ukrayna Rusiyaya bu raketlərlə zərbə endirdi

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın ərazisinə “Neptun” raketləri ilə uzaqmənzilli zərbə endirildiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Ukrayna tərəfinin məlumatına görə, hücumun hədəfi Bryansk vilayətinin Karaçev şəhərində yerləşən “Elektrodetal” zavodu olub.

Rəsmi açıqlamaya əsasən, dörd raket buraxılışı həyata keçirilib, bundan sonra müəssisənin ərazisində partlayışlar və yanğın qeydə alınıb.

Ukrayna Hərbi Dəniz Qüvvələri bildirib ki, zərbə yerüstü hədəfləri vurmaq üçün modifikasiya edilmiş “Neptun” raketləri ilə endirilib. Hadisə yerindən yayılan fotolarda yanğının miqyası da əks olunub.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*