Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin müdafiə sənayesində prioritetlərinin dəyişməz qaldığını bəyan edib.
KONKRET.az xəbər verir ki, dövlət başçısı yeni hökumətin əsas vəzifələrindən birinin silah istehsalının artırılması və müdafiə layihələrinin inkişafı olduğunu bildirib.
“Biz mütləq şəkildə öz silah istehsalımızı artırmalı, həm yerli, həm də xarici tərəfdaşlarla birgə müdafiə layihələrimizi inkişaf etdirməliyik. Bu, yenilənmiş hökumətin əsas vəzifələrindən biridir. Öz hərbi sənayemizin payını artırmaq tam aydın hədəfimizdir. Biz qlobal texnoloji rəqabətdə öz layihələrimizlə iştirak etməliyik”, – deyə Zelenski vurğulayıb.
Natiq Səlim,
KONKRET.az