Ukrayna Silahlı Qüvvələri rus generalı Aleksandr Tatarenkonun Krımda Belbek aviabazasına endirilən zərbələr zamanı öldürülməsi ilə bağlı məlumatı təsdiqləməyib.
KONKRET.az xəbər verir ki, bu barədə bazar günü, yanvarın 4-də Cənub Müdafiə Qüvvələrinin Birgə Koordinasiya Mərkəzinin rəhbəri Natalya Qumenyuk məlumat verib.
Onun sözlərinə görə, Belbekə endirilən zərbə Rusiya ordusuna güclü təsir edib.
“Əbəs yerə deyil ki, onlar hətta hibrid sahədə belə, təzyiqləri davam etdirməyə çalışırlar. General-leytenantın ölümü ilə bağlı məlumat həqiqəti əks etirmir”.
Qumenyukun sözlərinə görə, bu yolla Rusiya Federasiyasının hərbi rəhbərliyi intiqam almağa çalışır.
Rusiya mətbuatnın məlumatına görə, Ukrayna ordusunun Krımdakı Belbek aerodromuna endirdiyi raket zərbəsi nəticəsində 10 hərbçi ölüb. Onların arasında aviasiya eskadrilyasının komandiri, general-leytenant Aleksandr Tatarenkonun da olduğu açıqlanıb.
Burhan,
KONKRET.az