Ukrayna ŞOKDA: Sabiq prezidentin köməkçisi güllələndi backend

Ukrayna ŞOKDA: Sabiq prezidentin köməkçisi güllələndi 

İspaniyanın paytaxtı Madriddə Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin baş köməkçisi Andrey Portnov naməlum şəxslər tərəfindən güllələnib.

KONKRET.az xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 9:15 radələrində Madridin elit bölgələrindən biri olan Pozuelo de Alarkonda, Amerika Məktəbinin qarşısında baş verib.

Hücum nəticəsində Ukrayna vətəndaşı, 2014-cü ildə Avromaydan inqilabı zamanı vəzifədən uzaqlaşdırılmış prezident Yanukoviçin yaxın komandasında yer almış Andrey Portnov odlu silahla vurulub.

Xatırladaq ki, Andrey Portnov Ukraynada Yanukoviç rejiminin əsas fiqurlarından biri hesab olunurdu. O, 2014-cü ildə baş verən kütləvi etirazlar nəticəsində devrilən administrasiyanın yüksək vəzifəli şəxslərindən idi.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*