Ukrayna sülhməramlıları Kosovonu TƏRK EDİRbackend

Ukrayna sülhməramlıları Kosovonu TƏRK EDİR

Ukrayna Kosovoda sülhməramlı missiyada iştirak edən hərbçilərini geri çağırmağa qərar verib.

KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Komandanlığından məlumat verilib.

Söhbət NATO-nun rəhbərliyi altında Kosovoda fəaliyyət göstərən Beynəlxalq Sülhməramlı Qüvvələrdən (KFOR) gedir. Hazırda orada NATO rəhbərliyi tərəfindən 40 ukraynalı hərbçi yerləşdirilib.

Bildirilir ki, hazırda hərbçilərin Ukraynaya qaytarılması üçün tədbirlər görülür.

Buna səbəb Ukrayna prezidentinin “Sülhün və təhlükəsizliyin qorunması məqsədilə beynəlxalq əməliyyatlarda iştirak edən milli kontingentin və milli heyətin geri çağırılması haqqında” 2022-ci il 7 mart tarixli 114 nömrəli sərəncamı olub.

Qeyd edək ki, iyulun 31-də Kosovoya səyahət qaydalarının dəyişdirilməsi ilə əlaqədar ölkənin şimalında silahlı toqquşmalar başlayıb. Serbiya prezidenti Aleksandar Vuçiç Kosovo ordusunun ölkənin şimalında serblərə hücum edəcəyini iddia edib. Bunun ardınca KFOR kontingenti Kosovonun şimal rayonlarının sabitliyinə təhlükə yaranarsa, vəziyyətə müdaxilə etməyə hazır olduqlarını bəyan edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*