Rusiya-Ukrayna müharibəsində ümumi insan itkisi 1,4 milyon nəfərə yaxınlaşır.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzi (CSIS) məlumat yayıb.
Hesabata əsasən, Rusiyanın indiyədək 250 min hərbçi itirdiyi, daha 700 min nəfərin yaralandığı bildirilir. Ümumilikdə, Rusiya tərəfinin itkisi 950 min nəfər təşkil edir və yay aylarında bu rəqəmin 1 milyona çatacağı proqnozlaşdırılır.
Ukraynanın isə 60-100 min arasında hərbçi itkisi verdiyi, ən azı 300 min nəfərin isə yaralandığı qeyd olunur. Beləliklə, Ukraynanın ümumi itkiləri təxminən 400 min nəfər civarındadır.
CSIS ekspertləri bildirirlər ki, bu rəqəmləri dəqiq müəyyənləşdirmək çətindir, çünki Moskva itkiləri daim az göstərir, Kiyev isə rəsmi rəqəmləri açıqlamır. Tədqiqat ABŞ və Böyük Britaniya hökumətlərinin qiymətləndirmələrinə əsaslanıb.
Natiq Səlim,
KONKRET.az